—

Əfqanıstanın adı dəyişdiriləcək

862
Əfqanıstanın adı dəyişdiriləcək
Dinləmək üçün basın

“Əfqanıstanda hakimiyyətin rəsmi olaraq “Taliban” hərəkatına keçməsindən sonra, böyük ehtimalla ölkənin adı dəyişəcək”.

“Əfqanıstanda hakimiyyətin rəsmi olaraq “Taliban” hərəkatına keçməsindən sonra, böyük ehtimalla ölkənin adı dəyişəcək”.

InterPress.ge xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının professoru, Hərbi Diplomatlar Liqasının vitse-prezidenti Vladimir Vinokurov RİA “Novosti”yə açıqlamasında deyib.

“Qəndəharı “Taliban” ələ keçirən zaman, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Əşrəf Qani hökumətinin bundan sonra üç ay dayanacağını proqnozlaşdırdı. Onlara üç həftə vaxt verdim. Bu gün aydındır ki, Əfqanıstan tamamilə “Taliban”ın hakimiyyəti altındadır. Aydındır ki, çox yaxında bu ölkənin yeni adını, bəlkə də vahid xilafət kimi bir şey edəcəklər”, - deyə bildirib.

Onun sözlərinə görə, ABŞ-ın sözdə demokratik missiyasının nəticəsi olaraq “Taliban” hakimiyyəti sürətlə ələ keçirdi.

“Associated Press” məlumat yayıb ki, “Taliban” hərakatının üzvləri prezident sarayından Əfqanistan İslam Əmirliyinin yaradıldığını elan edəcəklər.

Qeyd edək ki, Əfqanıstan İslam Əmirliyi ölkə ərazisində 1996–2001-ci illərdə mövcud olub. Ad ölkəyə “Taliban” hərəkatı tərəfindən verilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →