—

Marneulidə koronavirusun yayılma riski azalıb - AÇIQLAMA

2,739
Marneulidə koronavirusun yayılma riski azalıb - AÇIQLAMA
Dinləmək üçün basın

“Son 11-12 gün ərzində Marneulidə koronavirusun yayılması riski üzə çıxmayıb”.

“Son 11-12 gün ərzində Marneulidə koronavirusun yayılması riski üzə çıxmayıb”.

InterPress.ge xəbər verir ki, bunu rayonun icra başçısı Zaur Darğallı brifinqdə bildirib.

Onun sözlərinə görə, ötən gün Marneulinin Maradisi kəndində koronavirusa bir yoluxma halı təsdiqlənib: “Həmin şəxs bütün kənd sakinləri kimi özünütəcrid rejimində olub. O, heç kəslə təmasda olmayıb”.

Z.Darğallı qeyd edib ki, son göstəricilər rahatlanmağa əsas verməməlidir: “Bütün vətəndaşlar gündəlik olaraq müvafiq tövsiyələrə əməl etməlidirlər. Hamı anlamalıdır ki, bütün məhdudiyyətlər və qaydalar ilk növbədə onların sağlamlğı və təhlükəsizliyi üçün tətbiq olunur”.

Qeyd edək ki, indiyədək Marneulidə COVID-19 infeksiyasına 16 nəfər yoluxub. Onların 7-si artıq tam sağalıb.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →