—

Azərbaycan MN bəyanat yaydı

348
Azərbaycan MN bəyanat yaydı
Dinləmək üçün basın

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan mövqeləri atəşə tutulub.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan mövqeləri atəşə tutulub.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

"Avqustun 11-i saat 16:20-dən 21:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələrində və Çəmbərək rayonu ərazisində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Qalakənd və Zamanlı yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan, o cümlədən snayper tüfənglərindən atəşə tutub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - məlumatda bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →