—

Azərbaycan MN: Ermənistan Silahlı Qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub

444
Azərbaycan MN: Ermənistan Silahlı Qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub
Dinləmək üçün basın

Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad…

Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

InterPress.ge xəbər verir ki, bu məlumatı Azərbaycanın Müdafiə Nazirliyi yayıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan olmadığı bildirilir.

Qeyd olunur ki, cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti Azərbaycan bölmələri nəzarəti altındadır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →