—

Tbilisi hava limanında evakuasiya baş verib

1,161
Tbilisi hava limanında evakuasiya baş verib
Dinləmək üçün basın

Tbilisi Beynəlxalq Hava Limanında dünən axşam saatlarında təxliyə elan edilib.

Tbilisi Beynəlxalq Hava Limanında dünən axşam saatlarında təxliyə elan edilib.

InterPress.ge xəbər verir ki, evakuasiya anonsuna səbəb hava limanının gediş terminalında tərk edilmiş bir çantanın tapılması olub.

Hüquq -mühafizə orqanları hadisə yerinə cəlb olunub.

Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, yoxlama nəticəsində heç bir şübhəli əşya tapılmayıb və hava limanı əvvəlki rejimdə fəaliyyətini davam etdirib.

"Tbilisi Beynəlxalq Hava Limanının ərazisində çanta tapıldı.Təhlükəsizlik baxımından hava limanında olan insanlar təxliyə edildi. Yoxlama zamanı heç bir şübhəli əşya tapılmadı. Hazırda Tbilisi Beynəlxalq Hava Limanı adi qaydada fəaliyyətini davam etdirir", - Daxili İşlər Nazirliyindən bildirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →