—

Daha bir məmur səbəbini açıqlayaraq "Gürcü Arzusu" və vəzifəsindən ayrıldı

981
Daha bir məmur səbəbini açıqlayaraq "Gürcü Arzusu" və vəzifəsindən ayrıldı
Dinləmək üçün basın

Kvemo Kartlidə Dövlət Naziri Aparatının nümayəndəsi Ayaz Məmmədov istefa edib.

Kvemo Kartlidə Dövlət Naziri Aparatının nümayəndəsi Ayaz Məmmədov istefa edib.

InterPress.ge xəbər verir ki, bu barədə Məmmədov Facebook səhifəsində yazıb.

"Nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün öz istəyimlə şəxsi ərizəmin əsasında Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin Kvemo Kartli bölgəsi üzrə müşavirliyi vəzifəsindən istefa verdim.

Istefamın bir çox səbəbləri var və ən əsası hazırkı hakimiyyətin son zamanlar yürütdüyü siyasət və sistemlə fikirlərimin uyğunlaşmamasıdır", - Məmmədov Facebook səhifəsində yazıb.

Ayaz Məmmədovun bundan sonra hansısa bir siyasi partiyaya qoşulub-qoşulmayacağı məlum deyil. O, hələlik bu barədə şərh verməyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →