—

Kaladze: "Kaxa Kaladzenin arxasında böyük bir peşəkar komanda dayanır"

486
Kaladze: "Kaxa Kaladzenin arxasında böyük bir peşəkar komanda dayanır"
Dinləmək üçün basın

"Seçki öncəsi marafonda əlbətdə mənim adım və soyadım çəkiləcək, amma bilmənizi istəyirəm ki, Kaxa Kaladzenin arxasında böyük bir peşəkar komanda dayanır".

"Seçki öncəsi marafonda əlbətdə mənim adım və soyadım çəkiləcək, amma bilmənizi istəyirəm ki, Kaxa Kaladzenin arxasında böyük bir peşəkar komanda dayanır".

InterPress.ge xəbər verir ki, bunu Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının Tbilisi meri namizədi Kaxa Kaladze deyib.

“Bu, bütün bu illər ərzində təşəbbüslərimi dəstəkləyən siyasi komandadır. Bu həmçinin Tbilisi meriyasının komandasıdır - müavinlərim, xidmət rəhbərləri, şəhər şurası üzvləri və minlərlə cəsarətli işçi. Bu insanlar tez-tez görünmür, lakin etdikləri işlər görünür.

Bu gün bizi metro sürücüsü, avtobus sürücüsü, bağban, Tbilisi və Tbilisililərə gündəlik qayğı göstərən bələdiyyə işçiləri müşayiət edirlər. Tbilisiyə olan sevgi və fədakar əməkləri üçün onlara təşəkkür edirəm", - dedi Tbilisi merliyinə namizəd.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →