—

Qəsdən adam öldürmə ittihamı ilə bir nəfər saxlanıldı

311
Qəsdən adam öldürmə ittihamı ilə bir nəfər saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Baş İstintaq İdarəsinin Birinci şöbəsinin əməkdaşları, istintaq və əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Q.Ğ.- nı qəsdən…

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Baş İstintaq İdarəsinin Birinci şöbəsinin əməkdaşları, istintaq və əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Q.Ğ.- nı qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah alma-saxlama-daşıma ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyindən verilib.

"İstintaq, təqsirləndirilən şəxsin bu il iyulun 14-də, Tbilisinin Qldani rayonunda intiqam almaq məqsədi ilə 1991-ci il təvəllüdlü Q.M.-ya odlu silahla ölümcül xəsarət yetirdiyini və hadisə yerindən qaçaraq gizləndiyini müəyyənləşdirdi.

Yaralı xəstəxanaya aparıldıqdan sonra öldü.

Polis, istintaq və əməliyyat tədbirləri nəticəsində Q.Ğ.-nı isti təqib ilə saxladı”, - Daxili İşlər Nazirliyindən bildirilib.

Qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah alma-saxlama-daşıma faktları üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi və 236-cı maddənin 3-cü və 4-cü hissələri ilə davam etdirilir.

Cinayət 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →