—

Telavidə iki qardaşı yaralayıblar

608
Telavidə iki qardaşı yaralayıblar
Dinləmək üçün basın

Telavidə iki qardaşı yaralayıblar.

InterPress.ge xəbər verir ki, hadisə dünən gecə yarısı baş verib.

Məlumata görə, mübahisə zəminində qardaşlara soyuq silahla bir neçə dəfə xəsarət yetirilib.

Hadisə Alazani küçəsində baş verib. Yerli sakinlərin dediyinə görə, 25 yaşlı oğlan əvvəlcə qonşu qadına fiziki təcavüz edib, bundan sonra isə iki gənci yaralayıb.

Yaralılar təcili yardım qrupu tərəfindən Telavi Referal Xəstəxanasına aparılıb və hər ikisi əməliyyat olunub. Həkimin sözlərinə görə, bu mərhələdə sağlamlıq vəziyyətləri qənaətbəxşdir.

Polis artıq təqsirləndirilən şəxsi saxlayıb. Hadisənin dəqiq səbəbi hələlik məlum deyil.

Hadisə ilə bağlı istintaq başladılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →