—

Polis jurnalistə və vətəndaşa zorakılıq edən iki nəfəri saxladı

363
Polis jurnalistə və vətəndaşa zorakılıq edən iki nəfəri saxladı
Dinləmək üçün basın

Polis 5 iyulda "Tbilisi Pride"a qarşı keçirilən aksiya zamanı zorakılıqda təqsirləndirilən daha iki nəfəri saxlayıb.

Polis 5 iyulda "Tbilisi Pride"a qarşı keçirilən aksiya zamanı zorakılıqda təqsirləndirilən daha iki nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Məlumata görə, 5 iyulda "Tbilisi Pride"a qarşı keçirilən aksiya zamanı törədilən cinayət əməllərinə görə ümumilikdə 23 nəfər saxlanılıb.

"Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində, vətəndaşa zorakılıq, həmçinin jurnalistin peşə fəaliyyətinə şiddət təhdidi ilə qanunsuz mane törətmək, zorakılıq, zorakılıq təhdidi ilə təqib və qrup halında törədilən zorakılıq faktlarına görə 2 nəfər - 1988-ci il təvəllüdlü V.B. və 1988-ci il təvəllüdlü D.K.-nı saxlayıblar.

İstintaq, təqsirləndirilən V.B.-nin bu il iyulun 5-də Tbilisidə, Rustaveli prospektində "Tbilisi Pride"a qarşı keçirilən eriraz aksiyası zamanı, Revaz Tabukaşvili və Qiorqi Ganturia küçələrinin kəsişməsində TV Pirveli-nin operatorunu fiziki və şifahi təcavüz etdiyini müəyyən etdi.

Təqsirləndirilən D.K, həmin gün Rustaveli prospektində, Kaşueti Kilsəsi yaxınlığında vətəndaşlardan birinə fiziki təcavüz edib.

Gürcüstan Cinayət Məcəlləsinin 154-cü maddəsinin 2-ci hissəsi, 156-cı maddəsinin 2-ci hissəsinin "a" yarımbəndi və 225-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır.

Cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi-saxlanılması üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

5 iyul tarixində "Tbilisi Pride"a qarşı keçirilən aksiya zamanı törədilən cinayət əməllərinə görə ümumilikdə 23 nəfər həbs saxlanılıb, xüsusilə:

"Tbilisi Pride"ın ofisinə basqın, qrup zorakılığında iştirak etmək, zorakılıq və ya zorakılıq təhdidi ilə təqib, habelə bir mənzilin və ya digər əmlakın toxunulmazlığını qrup şəklində pozma faktlarına görə 3 nəfər saxlanılıb.

Bir nəfər isə vətəndaşa qarşı zorakılıq etdiyinə görə polis tərəfindən saxlanılıb”, - deyilir məlumatda.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →