—

Gürcüstanın dövlət naziri Ramazan ayı münasibətilə təbrik yaydı

1,751
Gürcüstanın dövlət naziri Ramazan ayı münasibətilə təbrik yaydı
Dinləmək üçün basın

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili Ramazan ayının başlaması münasibətilə ölkə müsəlmanlarını təbrik edib.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili Ramazan ayının başlaması münasibətilə ölkə müsəlmanlarını təbrik edib.

InterPress.ge xəbər verir ki, o, təbriki Kvemo Kartli, Kaxeti, Acarıstan və digər bölgələrdə yaşayan müsəlman vətəndaşlara ünvanlayıb.

K.Tsixelaşvili Ramazan ayının müsəlman həmvətənlərə və Gürcüstana xeyirxahlıq və sülh gətirməsini arzulayıb: “Koronavirus pandemiyası ilə mübarizənin aparıldığı bu çətin dövrdə yalnız birgə səylər və qarşılıqlı dəstəklə bu çətin vəzifənin öhdəsindən uğurla gələ bilərik”.

Nazir müsəlmanlara göstərdikləri yüksək vətəndaşlıq məsuliyyətinə görə minnətdarlıq edib.

O, hər bir müsəlman vətəndaşa, ailəyə cansağlığı, firavanlıq və tərəqqi diləyib.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →