InterPress.ge xəbər verir ki, təqsirləndirilən şəxs mübahisə zəminində Avto Papavanı yaralayıb.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Potidə, Davit Ağmaşenebeli küçəsində, mübahisə zəminidə, 1999-cu il təvəllüdlü A.P.-nı soyuq silahla yaralayıb və hadisə yerindən qaçaraq gizlənib.
Yaralı oğlan xəstəxanaya aparılıb.
Daxili İşlər Nazirliyi polisin cinayətin silahını - bıçağı sübut kimi ələ keçirdiyini bildirir.
Sağlamlığa qəsdən ağır ziyan vurma faktı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 1-ci hissəsi ilə araşdırılır. Cinayət 3 ildən 6 ilədək həbs cəzası nəzərdə tutur.
