—

Zaal Udumaşvili: "İrakli Ğaribaşvilinin bugünkü çıxışı hökumətin qeyri-adekvatlığının zirvəsidir"

345
Zaal Udumaşvili: "İrakli Ğaribaşvilinin bugünkü çıxışı hökumətin qeyri-adekvatlığının zirvəsidir"
Dinləmək üçün basın

"Şəxsən mənim nə İrakli Ğaribaşvili, nə də Vaxtanq Qomelauriyə sualım yoxdur. Birinə və ya digərinə hansı sualı verə bilərəm, bütün suallara cavab verilib, 5 iyulda bütün suallara cavab verildi və hamı Gürcü Arzusunun…

"Şəxsən mənim nə İrakli Ğaribaşvili, nə də Vaxtanq Qomelauriyə sualım yoxdur. Birinə və ya digərinə hansı sualı verə bilərəm, bütün suallara cavab verilib, 5 iyulda bütün suallara cavab verildi və hamı Gürcü Arzusunun ölkəyi haraya doğru apardığını gördü".

InterPress.ge xəbər verir ki, bunu "Milli Hərəkat"ın üzvü Zaal Udumaşvili deyib.

Onun sözlərinə görə, hökumət 5-6 iyun hadisələrini yaxşı dərk etməlidir.

“İrakli Ğaribaşvilinin bugünkü çıxışına gəldikdə, bu, Gürcüstan hökumətinin qeyri-adekvatlığının zirvəsidir. Tbilisidə, ümumiyyətlə ölkədə nə baş verdiyini və bütün bunların özü ilə nələr gətirə biləcəyini yaxşı başa düşməlidirlər. Medianın küçələrə çıxdığını və aksiya keçirdiyini nə vaxt görmüsünüz? Ölkəni o yerə gətirdilər ki, jurnalistlər və operatorlar kameraları yığırlar və hökumətin istefası tələbi ilə aksiya keçirirlər, ölkədə başqa çıxış yolu qalmadı. İvanişvili Gürcüstanı bu yerə gətirib çıxardı",- Udumaşvili bəyan edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →