—

Baş Nazir Tbilisidə baş verənlərdən danışdı: "Genişmiqyaslı..."

396
Baş Nazir Tbilisidə baş verənlərdən danışdı: "Genişmiqyaslı..."
Dinləmək üçün basın

Genişmiqyaslı vətəndaş qarşıdurması planlaşdırılırdı. Məqsədləri dövlətin öz vətəndaşlarına qarşı güc tətbiq etməsi idi, amma biz buna imkan vermədik.

Genişmiqyaslı vətəndaş qarşıdurması planlaşdırılırdı. Məqsədləri dövlətin öz vətəndaşlarına qarşı güc tətbiq etməsi idi, amma biz buna imkan vermədik.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Ğaribaşvili açıqlama verdi.

"Hadisələrin necə inkişaf etdiyini və buraya qədər necə gəldiyimizi cəmiyyətimizə bir daha xatırlatmaq istəyirəm. 5 iyulda hökumət iclasında əvvəlcədən ölkəmizə və əhalimizə qarşı çox geniş miqyaslı bir təxribatın planlaşdırıldığını elan etdim.
Bu radikal sui-qəsdin arxasında duran şəxsin ad və soyadını da qeyd etdim. Bu Saakaşvili və onun radikal qrupudur.
Məsələ, LQBT icma tədbirinin xüsusilə Saakaşvili ilə nə kimi əlaqəsi olması idi.
Sonra izah etdim ki, tədbir tamamilə Saakaşvilinin təşkilatları tərəfindən idarə olunan Utan hərəkatı tərəfindən təşkil edildi və dəstəkləndi. Bu, sübut olunmuş bir həqiqətdir.
Sizə də demək istərdim ki, geniş miqyaslı bir vətəndaş qarşıdurması planlaşdırıldı. Məqsədləri dövlətin öz vətəndaşlarına qarşı güc tətbiq etməsi idi.
Əlbətdə ki, bu riskləri əvvəlcədən qiymətləndirmişdik və buna imkan vermədik"- dedi Ğaribaşvili.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →