—

5 iyulda media nümayəndəsinə zorakılıq etdiyinə görə bir nəfər saxlanıldı

209
5 iyulda media nümayəndəsinə zorakılıq etdiyinə görə bir nəfər saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində, jurnalistin peşə fəaliyyətinə zorakılıq təhdidi ilə mane olmaq, zorakılıq və zorakılıq təhdidi…

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində, jurnalistin peşə fəaliyyətinə zorakılıq təhdidi ilə mane olmaq, zorakılıq və zorakılıq təhdidi ilə təqib, qrup zorakılığı faktları üzrə daha bir şəxs, 1992-ci il təvəllüdlü D.K.-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"İstintaq müəyyən etdi ki, cari ilin 5 iyulunda təqsirləndirilən şəxs - D.K. "Utancdır" təşkilatının ofisində "TV 1" televiziya şirkətinin çəkiliş qrupuna rəsmi işini yerinə yetirərkən fiziki və şifahi təcavüz edib.

İstintaq 154-cü maddənin 2-ci hissəsi, 156-cı maddənin 2-ci hissəsinin "A" yarımbəndi və 225-ci maddənin 2-ci hissəsi ilə aparılır.

5 iyulda media mənsublarına qarşı şiddət faktları ilə əlaqədar başladılan istintaq çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları, TV 1-in çəkiliş qrupuna fiziki və şifahi təcavüz etdiyinə görə 5 nəfər də daxil olmaqla ümumilikdə 20 nəfəri saxladılar", - deyə məlumatda bildirilir.

İdərədən verilən məlumata görə, cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi və saxlanılması üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →