—

Dmanisidə son vaxtlar zəlzələlərin olmasına açıqlama verildi

634
Dmanisidə son vaxtlar zəlzələlərin olmasına açıqlama verildi
Dinləmək üçün basın

Dmanisi yaxınlığında tez-tez baş verən zəlzələlər normal bir seysmik prosesdir və Gavaxeti vulkan silsiləsinin Dmanisi episentri aktivdir.

InterPress.ge xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin direktoru Tea Qodoladze açıqlama verdi.

"Normal bir seysmik prosesdir, seysmikdə aktivlik baş verir. Gavaxeti vulkanik silsiləsinin Dmanisi ocağı aktivləşib. Böyük bir zəlzələnin olub-olmayacağını həqiqətən proqnozlaşdıra bilməyəcəyəm. Bəlkə sabah tamamilə fərqli bir ərazidə böyük bir zəlzələ ola bilər. Bu normal bir hadisədir, ancaq gələcəkdə daha da pis bir şey ola bilər"- dedi Tea Qodoladze.

Dmanisi yaxınlığında zəlzələlər son günlərdə daha tez-tez -gündə bir neçə dəfə baş verir. Yeraltı təkanlar 3.0 bal gücündədir. Yalnız 8 iyul tarixində Dmanisi yaxınlığında 5 zəlzələ baş verib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →