—

Kilsədən oğurluq edən iki nəfər saxlanıldı

424
Kilsədən oğurluq edən iki nəfər saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Saqareco Rayon Şöbəsinin əməkdaşları oğurluq ittihamı ilə 2000-ci il təvəllüdlü M.Q.-nı saxlayıblar. Saxlanılan şəxsin azyaşlı qardaşı - 2004-cü il təvəllüdlü…

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Saqareco Rayon Şöbəsinin əməkdaşları oğurluq ittihamı ilə 2000-ci il təvəllüdlü M.Q.-nı saxlayıblar. Saxlanılan şəxsin azyaşlı qardaşı - 2004-cü il təvəllüdlü L.Q.-da eyni cinayəti törətdiyinə görə ifşa olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

"İstintaq müəyyən etdi ki, qardaşlar - M.Q. və L.Q. cari ilin 7 iyul tarixində, Saqareco bələdiyyəsinin Xaşmi kəndində yerləşən Müqəddəs Qiorqi adına kilsədən müxtəlif əşyalar oğurlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin "A" yarımbəndi və 3-cü hissəsinin "A" yarımbəndi ilə aparılır, bu da əvvəlcədən razılaşaraq qrup tərəfindən xeyli ziyana səbəb olan oğurluq hadisəsini nəzərdə tutur", - DİN-in məlumatında qeyd olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →