—

Lotu Qulinin ölümü ilə bağlı Canıyevin adamları saxlanıldı

1,790
Lotu Qulinin ölümü ilə bağlı Canıyevin adamları saxlanıldı
Dinləmək üçün basın

“Lotu Quli” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun qətlinə görə ötən həftə tutulan 4 nəfər İstanbul Bakırköy məhkəməsinə aparılıb.

“Lotu Quli” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun qətlinə görə ötən həftə tutulan 4 nəfər İstanbul Bakırköy məhkəməsinə aparılıb.

InterPress.ge Türkiyə mediasına istinadən xəbər verir ki, onların barəsində prokurorun təqdimatı ilə həbs qətimkan tədbirinin seçilməsi gözlənilir. Bu şəxslərin kimliyi açıqlanmır, amma hamısının xarici ölkə vətəndaşları olduqları bildirilir.

İstanbul polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməliyyatçıları həmin şəxsləri ötən həftə İstanbulda, İzmir, Ərzurum və Kocaelidə eyni vaxtda keçirilən əməliyyat nəticəsində yaxalamışdı. Polisin bildirdiyinə görə, bu şəxslər “Lotu Quli”nin qətlinin təşkilatçıları olublar və cinayətin ardınca qətlin törədildiyi oteldən necə qaçdıqlarına dair videogörüntülər var. Tutulanlar “Lotu Quli”nin qətlinin sifarişçisi hesab edilən, 2018-ci ildə İstanbulda qətlə yetirilmiş “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyevin adamlarıdır. Namiq Canıyev özü hazırda Türkiyə polisi tərəfindən axtarılır.

Xatırladaq ki, “Rövşən Lənkəranski”nin qətlinin sifarişçisi “Lotu Quli” hesab edilirdi. "Lotu Quli" ötən ilin avqustunda Antalyadakı otellərdən birində "Xan Bakinski" ləqəbli yaxın adamı Xaqan Əhmədov tərəfindən güllələnib, hazırda həbsdədir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →