—

Azərbaycanın mədəniyyət nazirinin Gürcüstana səfəri başlayıb - FOTO

342
Azərbaycanın mədəniyyət nazirinin Gürcüstana səfəri başlayıb - FOTO
Dinləmək üçün basın

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov un başçılıq etdiyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri başlayıb.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun başçılıq etdiyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri başlayıb.

InterPress.ge Report.az- a istinadən xəbər verir ki, nazir Tbilisidəki Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderinin büstünü ziyarət edərək önünə əklil qoyub.

Ziyarətdə Gürcüstanın mədəniyyət, idman və gənclər nazirinin müavini Kaxa Sixarulidze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları da iştirak ediblər.

Daha sonra A.Kərimov Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani ilə görüşəcək. Nazirlər mətbuat üçün birgə brifinq keçirəcəklər.

Görüşdən sonra nazir Tbilisidə Qəhrəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ucaldılmış memorialı ziyarət edəcək.

A.Kərimovun bu gün həmçinin Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani və Tbilisi meri Kaxa Kaladze ilə də görüşü planlaşdırılıb.

Səfər iyulun 9-dək davam edəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →