—

Bolnisidə çayı plastik qutularla çirkləndirən şəxs saxlanıldı

974
Bolnisidə çayı plastik qutularla çirkləndirən şəxs saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Bolnisi Rayon Şöbəsinin əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü R.Ş.-nı suyu çirkləndirmək ittihamı ilə…

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Bolnisi Rayon Şöbəsinin əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü R.Ş.-nı suyu çirkləndirmək ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, məlumatı DİN yayır.

İstintaq nəticəsində məlum olub ki, bu il 30 iyun tarixində təqsirləndirilən şəxs Bolnisi bələdiyyəsindəki Ktsia çayına külli miqdarda polietilen butulka ataraq çayı çirkləndirib. Faktla bağlı video görüntülər müxtəlif sosial şəbəkələrdə yayılıb.

Hüquq-mühafizə orqanları tezliklə təqsirləndirilən şəxsin kimliyini müəyyənləşdirib və onu Bolnisi-də saxlayıblar.

Suyu çirkləndirmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 292-ci maddəsi ilə araşdırılır. Cinayət bir ilə qədər həbs cəzası nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →