—

Gürcüstan və Fransa prezidentləri arasında görüş baş tutub

368
Gürcüstan və Fransa prezidentləri arasında görüş baş tutub
Dinləmək üçün basın

Gürcüstan Prezidenti Salome Zurabişvili Parisə işgüzar səfəri çərçivəsində Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşdü.

Gürcüstan Prezidenti Salome Zurabişvili Parisə işgüzar səfəri çərçivəsində Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşdü.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayır.

Prezident Administrasiyasından verilən açıqlamaya görə, Yelisey Sarayında Gürcüstan və Fransa prezidentləri iki ölkə arasında ikitərəfli siyasi və iqtisadi əlaqələrin intensivləşməsi və inkişafı, bölgədə gedən proseslər, AB-nin bölgədəki rolu və Qara dəniz təhlükəsizliyi müzakirə olunub.

Gürcüstan və Fransa Prezidentləri 2019-cu ilin fevralında Parisdə iki Prezident tərəfindən imzalanan, Gürcüstan və Fransa arasında ikitərəfli münasibətlərin əsas aspektlərini əhatə edən Dimitri Amilaxvari Fransız-Gürcüstan Dialoqunun bərpasını müzakirə etdilər.

"Gürcüstan Prezidenti Emmanuel Makrona Gürcüstanın işğal olunmuş ərazilərindəki ağır humanitar vəziyyət, işğal rejimi tərəfindən insan haqlarının pozulması və qaçırılma barədə məlumat verdi" məlumatda bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, tərəflər bu il Gürcüstanın Fransaya mühacirətinin 100 illiyinin qeyd olunması məsələsini də müzakirə ediblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →