—

Koçaryan parlament seçkilərinin nəticələri uğrunda mübarizəyə başlayır

327
Koçaryan parlament seçkilərinin nəticələri uğrunda mübarizəyə başlayır
Dinləmək üçün basın

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın "Hayastan" ("Ermənistan") bloku ölkə parlamentinə növbədənkənar seçkilərin nəticələrindən şikayət edib.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın "Hayastan" ("Ermənistan") bloku ölkə parlamentinə növbədənkənar seçkilərin nəticələrindən şikayət edib.

InterPress.ge-nin Ermənistan mediasına istinadən xəbərinə görə, siyasətçinin tərəfdarları 2 iyula qədər Konstitusiya Məhkəməsi qarşısında səsvermələrin etibarsız tanınması ilə bağlı tələb irəli sürəcəklər.

Blokun nümayəndələri bildiriblər ki, onlar 200 min seçici səsindən şübhələnirlər. Bu, seçkilərin nəticələrinə əhəmiyyətli dərəcədə təsir edə bilər.

Ermənistanın Mərkəzi Seçki Komissiyası dünən növbədənkənar parlament seçkilərinin son nəticələrini açıqlayıb. Nəticələrə əsasən seçkilərdə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası qalib gəlib. Siyasi təşkilat 53,91 faiz səs yığıb. Başqa sözlə, ona 687 761 seçici səs verib.

"Ermənistan" bloku 21,9 faiz səs toplayıb. Bloku 269 481 seçici dəstəkləyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →