—

Parlamentdə Novruzun milli bayram elan olunması məsələsinə baxıldı

1,317
Parlamentdə Novruzun milli bayram elan olunması məsələsinə baxıldı
Dinləmək üçün basın

Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsində ölkədə Novruzun milli bayram elan olunması ilə bağlı qanunvericilik təşəbbüsünə baxılıb.

Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsində ölkədə Novruzun milli bayram elan olunması ilə bağlı qanunvericilik təşəbbüsünə baxılıb.

InterPress.ge xəbər verir ki, müzakirələr zamanı deputatlar vətəndaş təşəbbüsünü müsbət qiymətləndiriblər.

Komitə sədri Mixeil Sarcveladze bildirib ki, təklif kifayət qədər əsaslandırılmayıb və əlavə arqumentlər tələb edir. O, məsələ ilə bağlı müzakirələrin davam etdirilməsinə ehtiyacın olduğunu vurğulayıb.

Komitə üzvləri qanun layihəsinin müzakirəsinə təşəbbüskarların da dəvət olunması və onların da fikirlərinin öyrənilməsi təklifi ilə çıxış ediblər.

Qeyd edək ki, layihənin müəllifi ictimai fəal Samirə Bayramovadır. Sənəddə martın 21-nin Gürcüstanda qeyri-iş günü elan edilməsi təklifi də yer alıb.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →