—

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini açıqladı

468
Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini açıqladı
Dinləmək üçün basın

“Ermənistanın Mərkəzi Seçki Komissiyasının yaydığı ilkin məlumatlara görə, “Vətəndaş Razılaşması” Partiyası yeni seçilən parlamentdə 105 yerdən ən azı 71-nə sahib olmaqla konstitusional çoxluğa malik olacaq”.

“Ermənistanın Mərkəzi Seçki Komissiyasının yaydığı ilkin məlumatlara görə, “Vətəndaş Razılaşması” Partiyası yeni seçilən parlamentdə 105 yerdən ən azı 71-nə sahib olmaqla konstitusional çoxluğa malik olacaq”.

InterPress.ge xəbər verir ki, bunu “Vətəndaş Razılaşması” Partiyasının sədri, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan tvitterdə yazıb.

O, “Vətəndaş Razılaşması” Partiyasının təkbaşına hökumət formalaşdıracağını və yeni hökumətə özünün başçılıq edəcəyini bildirib.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri İkinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətdən sonra uzun müddət davam edən daxili ictimai-siyasi böhran fonunda keçirilib. Seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident - atışma qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib. Seçkilərdə qeydə alınmış qanun pozuntuları ilə əlaqədar bir neçə cinayət işi açılıb.

Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edib.

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyasının ölkədəki seçki məntəqələrinin hamısının hesablanmasından sonra 53,92 % səs topladığı məlum olub. Sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 21,04 % səs yığıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →