—

Bu yolda nəqliyyatın hərəkəti qadağan ediləcək

552
Bu yolda nəqliyyatın hərəkəti qadağan ediləcək
Dinləmək üçün basın

Beynəlxalq əhəmiyyətli Senaki-Poti (Asakçevi) - Sarpi avtomobil yolunun 92 km-də olan Çakvi- Maxingauri avtomobil tunellərində, yay mövsümü ilə əlaqədar profilaktik işlərin aparılması məqsədilə 17 iyun 2021-ci il…

Beynəlxalq əhəmiyyətli Senaki-Poti (Asakçevi) - Sarpi avtomobil yolunun 92 km-də olan Çakvi- Maxingauri avtomobil tunellərində, yay mövsümü ilə əlaqədar profilaktik işlərin aparılması məqsədilə 17 iyun 2021-ci il 00:00-dan 21 iyun 00:00-dək tunelin Kobuleti-Batumi, 23 iyun 00:00-dan 27 iyun 00:00-dək isə tunelin Batumi-Kobuleti istiqamətində hər növ nəqliyyat vasitəsinin hərəkəti qadağan ediləcək.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentindən verilib.

Məlumata görə, Kobuleti-Batumi istiqaməti bağlanarkən nəqliyyat axını tunelin Batumi-Kobuleti istiqamətinə, Batumi-Kobuleti istiqaməti bağlanarkən isə Kobuleti-Batumi istiqamətinə keçiriləcək. Hərəkət patrul polisinin birbaşa nəzarəti və koordinasiyası altında həyata keçiriləcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →