—

Din xadimi Mirtağı Əsədov DTX-yə çağırıldı

1,418
Din xadimi Mirtağı Əsədov  DTX-yə çağırıldı
Dinləmək üçün basın

Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri şeyx Mirtağı Əsədov Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri şeyx Mirtağı Əsədov Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

InterPress.ge xəbər verir ki, onunla yanaşı, Marneulidəki İmam Əli məscidi fondunun sədri və bir neçə üzvü də DTX-yə sorğu-suala dəvət olunub.

Gürcüstanın İnsan Haqlarının Tədrisi və Monitorinqi Mərkəzindən (EMC) bildirilib ki, həmin şəxslərlə bağlı Cinayət Məcəlləsinin sabotaj maddəsi üzrə istintaq aparılır. İstintaqın digər detalları barədə məlumat təqdim olunmayıb.

EMC-dən qeyd olunub ki, M.Əsədov ötən gün “Mtavari arxi” televiziya kanalına müsahibəsində Gürcüstanın teokratik deyil, dünyəvi ölkə olduğunu deyib. Jurnalistin hökumətin kilsələri bağlamamaqla bağlı qərarına münasibət bildirən din xadimi o zaman Ramazan ayında məscidlərin açılacağını bildirib: “Baş nazirin buna necə münasibət göstərəcəyinə baxarıq”.

M.Əsədov bunun sadəcə ritorik sual olduğunu vurğulayıb.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →