—

Salome Zurabişvili: "Gürcüstan və Azərbaycanın əhəmiyyətli gələcək potensialı var"

2,389
Salome Zurabişvili: "Gürcüstan və Azərbaycanın əhəmiyyətli gələcək potensialı var"
Dinləmək üçün basın

“Gürcüstanın əsas prioriteti nəqliyyatla bağlı bütün növ infrastrukturun inkişaf etdirilməsidir ki, bu da qonşu ölkələrlə daha sıx əlaqələri təmin edir”.

“Gürcüstanın əsas prioriteti nəqliyyatla bağlı bütün növ infrastrukturun inkişaf etdirilməsidir ki, bu da qonşu ölkələrlə daha sıx əlaqələri təmin edir”.

İnterPress.ge xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sualına cavab olaraq bildirib.

O deyib ki, regionun çox böyük potensialı var: “Bu imkanlardan istifadə etmək bizdən asılıdır. Limanları da həmçinin inkişaf etdirmək lazımdır. Gürcüstanın inkişaf etdirilməli olan Anaklia liman kompleksi var. Bütün bunların hamısı onu göstərir ki, Gürcüstan, Azərbaycan və ümumilikdə, Qafqazın əhəmiyyətli gələcək potensialı var. İşğal olunmuş ərazilərimizin birləşdirilməsi ilə yanaşı, bu, bizim gələcəyimizdir”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →