—

Gürcüstanın Azərbaycandakı səfirliyi Rusiyada öldürülən Vəkil Abdullayevlə bağlı məlumat yayır

1,619
Gürcüstanın Azərbaycandakı səfirliyi Rusiyada öldürülən Vəkil Abdullayevlə bağlı məlumat yayır
Dinləmək üçün basın

Azərbaycan KİV-lərində mayın 28-də Rusiya Federasiyasının Novosibirsk vilayətində milliyyətçə azərbaycanlı olan 19 yaşlı Vəkil Abdullayevin polis tərəfindən öldürülməsinin faciəli faktı ilə əlaqədar yayılan xəbərlərlə…

Azərbaycan KİV-lərində mayın 28-də Rusiya Federasiyasının Novosibirsk vilayətində milliyyətçə azərbaycanlı olan 19 yaşlı Vəkil Abdullayevin polis tərəfindən öldürülməsinin faciəli faktı ilə əlaqədar yayılan xəbərlərlə bağlı bildiririk ki, o, Gürcüstan vətəndaşı deyil.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin Mətbuat Xidmətindən bildirilib.

"O, Rusiya Federasiyası vətəndaşı idi və bu səbəbdən Gürcüstan tərəfinin nə hüquqi cəhatdən, nə də beynəlxalq hüquq normaları əsasında, qeyd olunan işə hüquqi mexanizmalarla müdaxilə etmək üçün heç bir təsir imkanı yoxdur. Gürcüstan səfirliyi faciəvi şəkildə öldürülən azərbaycanlı gəncin ailəsinə və yaxınlarına başsağlığı verir”, - səfirlikdən əlavə edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →