—

Xatia Dekanoidze: "Ukrayna və Gürcüstanın elan edilmiş gələcəyi Avroatlantik inteqrasiyadır"

539
Xatia Dekanoidze: "Ukrayna və Gürcüstanın elan edilmiş gələcəyi Avroatlantik inteqrasiyadır"
Dinləmək üçün basın

"Gürcüstan və Ukrayna arasında strateji tərəfdaşlıq çox vacibdir. Bütün bu müddətdə, Gürcüstan hökumətinin Gürcüstan-Ukrayna münasibətlərini daxili bir siyasi qarışıqlığa çevirdiyinə baxmayraq, Ukrayna dövləti ilə…

"Gürcüstan və Ukrayna arasında strateji tərəfdaşlıq çox vacibdir. Bütün bu müddətdə, Gürcüstan hökumətinin Gürcüstan-Ukrayna münasibətlərini daxili bir siyasi qarışıqlığa çevirdiyinə baxmayraq, Ukrayna dövləti ilə strateji tərəfdaşlığın dərinləşdirilməsini hələ də vacib hesab edirəm".

InterPress.ge xəbər verir ki, Milli Hərəkatın üzvü Xatia Dekanoidze Ukrayna Baş nazirinin Gürcüstana səfərinə belə münasibət bildirib.

"Bütün bu dövrdə bizi bir-birimizdən uzaqlaşdıran bir çox məsələ var idi, bu, Gürcüstan hökumətinin səyləri ilə baş tutdu, ancaq Ukrayna və Gürcüstanın elan edilmiş gələcəyindən birinin Avroatlantik bölgəyə inteqrasiya olduğunu unutmamalıyıq. Bundan əlavə, Ukrayna hazırda Rusiyaya qarşı açıq müharibələrin aparıldığı bir dövlətdir və Ukraynanın işğalı ilə yanaşı Gürcüstanın işğalı məsələsinin daima gündəmdə olmasını unutmamaq çox vacibdir", - dedi Dekanoidze.

Xatırladaq ki, Ukraynanın Baş naziri Denis Şmiqal Gürcüstanda rəsmi səfərdədir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →