—

80 il sonra təhsilini tamamlayıb humanitar elimlər doktoru dərəcəsini aldı

676
80 il sonra təhsilini tamamlayıb humanitar elimlər doktoru dərəcəsini aldı
Dinləmək üçün basın

İkinci Dünya müharibəsində iştirak etmək üçün təhsilini yarımçıq saxlamaq məcburiyyətində qalan ABŞ-ın İllinoys ştatının 97 yaşlı sakini, təxminən 80 il sonra öz arzusunu reallaşdırıb.

İkinci Dünya müharibəsində iştirak etmək üçün təhsilini yarımçıq saxlamaq məcburiyyətində qalan ABŞ-ın İllinoys ştatının 97 yaşlı sakini, təxminən 80 il sonra öz arzusunu reallaşdırıb.

Xəbəri UPI nəşri dərc edib.

Belə ki, Bill Qosset Linkoln kollecindəki təhsilini yarımçıq qoyaraq ABŞ ordusunun hava korpusu adlanan hərbi birləşməsində xidmətə yollanıb.

Müharibə bitəndən sonra B. Qosset ailəsinə məxsus “Gossett's Cleaners” şirkətini idarə edib.

2019-cu ildə B.Qosset kiçik mütəxəssis dərəcəsini almaq məqsədi ilə Linkoln kollecinə müraciət edib.

80 il sonra təhsilini başa vurmaq əzmində olan 97 yaşlı qocanın istəyi kollec rəhbərliyi tərəfindən müsbət qarşılanıb.

İkinci Dünya müharibəsi veteranı 2021-ci ildə təhsilini uğurla tamamlayaraq humanitar elimlər doktoru dərəcəsinə layiq görülüb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →