—

Gürcüstan koronavirusa görə vətəndaşlarını Çindən təxliyyə edəcək

2,538
Gürcüstan koronavirusa görə vətəndaşlarını Çindən təxliyyə edəcək
Dinləmək üçün basın

“Gürcüstandan Çinə uçuşlar qadağan olunacaq”.

“Gürcüstandan Çinə uçuşlar qadağan olunacaq”.

İnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze bildirib.

Onun sözlərinə görə, Çində olan Gürcüstan vətəndaşlarının təxliyyəsi də planlaşdırılıb: “Bu gün vətəndaşların necə təxliyyə olunması barədə qərar qəbul olunacaq. Biz aktiv profilaktik tədbirlər görürük, buna görə də risk azdır. Hazırda heç bir təhlükə yoxdur, lakin bu, təhlükənin olmayacağı demək deyil”.

Nazir qeyd edib ki, koronavirusun Gürcüstan ərazisinə keçməsi riskini minimallaşdırmaq üçün bütün lazımi tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Çində koronavirusun əsas yayılma ocağı olan Uhan şəhərində 5 Gürcüstan vətəndaşı var.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →