—

Gürcüstanın Baş naziri İlham Əliyevi Azərbaycanın Respublika Günü münasibətilə təbrik edib

279
Gürcüstanın Baş naziri İlham Əliyevi Azərbaycanın Respublika Günü münasibətilə təbrik edib
Dinləmək üçün basın

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

InterPress.ge xəbər verir ki, təbrik mətnində deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi Gürcüstan Hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə və qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və uğurlar diləyirəm.

Gürcüstan Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa böyük əhəmiyyət verir. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, bizim ümumi səylərimizlə ölkələrimiz arasında səmərəli əməkdaşlıq və mehriban qonşuluq əlaqələri uğurla inkişaf edir. Biz sarsılmaz strateji tərəfdaşlığımızı və dostluq münasibətlərimizi daha da gücləndirmək niyyətindəyik, bu da ölkələrimiz arasında tərəqqi və rifahın möhkəmlənməsinə töhfəsini verəcək.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək bir daha Sizə dərin ehtiramımı ifadə edirəm".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →