—

“Borçalı-İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə onlayn formatda konfrans keçirildi

804
“Borçalı-İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə onlayn formatda konfrans keçirildi
Dinləmək üçün basın

Mayın 27-də “Borçalı-İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə onlayn formatda “Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrində işğaldan azad olunmuş torpaqların perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktik…

Mayın 27-də “Borçalı-İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə onlayn formatda “Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrində işğaldan azad olunmuş torpaqların perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib.

InterPress.ge AZƏRTAC- a istinadən xəbər verir ki, konfransda “Cənubi Qafqazda sülhün bərqərar olunmasında və təhlükəsizlik məsələlərində Azərbaycanın rolu”, “Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin inkişaf istiqamətləri”, “İşğaldan azad olunmuş torpaqların iqtisadi potensialının qiymətləndirilməsi” və sair mövzular ətrafında məruzələr dinlənilib.

“Borçalı-İrəli” İB-nin sədri Məhəbbət İmanov çıxışında Azərbaycanın regionda həyata keçirdiyi məqsədyönlü uğurlu siyasət, bu siyasətin regionun inkişafına müsbət təsirləri barədə məlumat verib.

Sonra Odlar Yurdu Universitetinin prorektoru Qabil Qafarov, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, professor Elşad Məmmədov, Odlar Yurdu Universitetinin müəllimi Elşad Çobanlı, Gürcüstanın Qara Dəniz Universitetinin professoru iqtisad elmlər doktoru Azər Dilənçiyev, tələbə Nərgiz İsrafilova, AZƏRTAC-ın Gürcüstandakı xüsusi müxbiri Xətayi Əzizov, Marneulidəki İnkişaf və Təhsil Mərkəzinin icraçı direktoru Emin Əhmədov, tələbə Canan Məmmədova və başqaları çıxış ediblər.
Çıxışlarda Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərinin tarixi, birgə həyata keçirdikləri layihələr barədə məlumat verilib.
Bildirilib ki, Azərbaycan-Gürcüstan dostluğu digər dövlətlər üçün nümunədir.
Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyası, Prezident İlham Əliyevin təşəbbüsü və ölkəmizin birbaşa iştirakı, eləcə də, Gürcüstanın və Türkiyənin də birgə iştirakı ilə həyata keçirilən neft-qaz, nəqliyyat və logistika layihələri təkcə regionun deyil, Avropanın və bütövlükdə dünyanın iqtisadi inkişafında, təhlükəsizliyin və sülhün bərqərar olmasında mühüm rol oynayıb.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki parlaq qələbəsindən sonra regionda yaranan yeni şəraitin əhəmiyyətini qeyd edən natiqlər gürcü iş adamlarının da işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərində iştirakının vacibliyini vurğulayıblar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →