Avropa Şurasının prezidenti Şarl Mişel Müstəqillik Günü münasibətilə Gürcüstan xalqını təbrik edib.
InterPress.ge xəbər verir ki, Mişel bu barədə Twitter-də yazıb.
“Gürcüstanı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Avropa Birliyi güclü tərəfdaşlığımızı qiymətləndirir və dostcasına bir şəkildə Gürcüstanın yanında olmağa davam edəcək və ərazi bütövlüyünü və iddialı islahatlarını dəstəkləyir", - deyə Avropa Şurasının Prezidenti yazıb.
