—

Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

413
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Dinləmək üçün basın

Qori tunellərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Yollar İdarəsi tərəfindən yayılır.

"Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze yolunun 88-ci km-də yerləşən Qori avtomobil yolu tunelində profilaktik işlərin aparılması məqsədi ilə 25 may 23: 00-dan 26 may 02: 30-a qədər tunelin Tbilisi Senaki, 26 may 02:30-dan 05:00-a qədər tunelin Senaki-Tbilisi istiqamətində hər növ nəqliyyatın hərəkəti qadağan edilir", - Yollar Departamentindən bildirilib.

Məlumata görə, avtomobil yolu tunelinin Tbilisi-Senaki istiqaməti bağlanarkən, nəqliyyatın hərəkəti tunelin Senaki-Tbilisi istiqamətinə və Senaki-Tbilisi istiqaməti isə daxili əhəmiyyətli Qori tunellərinin giriş yoluna keçiriləcək.

Avtomobil tunelinin Senaki-Tbilisi istiqaməti bağlanarkən nəqliyyat vasitələrinin axını daxili əhəmiyyətli Qori tunellərinin giriş yoluna keçəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →