—

Papuaşvili keçiriləcək seçkilərdə istifadə olunması düşünülən elektron texnologiyalardan bəhs etdi

448
Papuaşvili keçiriləcək seçkilərdə istifadə olunması düşünülən elektron texnologiyalardan bəhs etdi
Dinləmək üçün basın

"Ümid edirəm ki, seçkilərdə elektron texnologiyaların dozası, forması və istifadəsi barədə bu gün razılığa gələcəyik".

"Ümid edirəm ki, seçkilərdə elektron texnologiyaların dozası, forması və istifadəsi barədə bu gün razılığa gələcəyik".

InterPress.ge xəbər verir ki, bu barədə parlament çoxluğunun üzvü Şalva Papuaşvili jurnalistlərə açıqlama verib.

O, elektron texnologiyanın tətbiqi üçün bir neçə variantın olduğunu və bunun seçki məcəlləsi ilə bağlı bir neçə iclasda müzakirə olunduğunu söylədi.

"Səsvermə günü ilə bağlı bir neçə prosedurdan bəhs edirik, bunlar sayma, səsvermə, seçici kimliyini müəyyənləşdirmə prosedurlarıdır. Məsələn, bülletenləri sayma zamanı sayma maşınlarından istifadə etmək və ya sayma masasına kameralar quraşdırmaqla bağlı müxtəlif yollar var.

Müzakirə etdiyimiz bir neçə variant var və bu seçkidə hansının məqbul olacağını müəyyən edəcəyik. Düşünürəm ki, bu gün əsasən bu məsələlərdə razılığa gələcəyik ”- dedi Papuaşvili.

Məlumat üçün bildirək ki, Şarl Mişelin hazıranan sənədi imzalayan müxalifət də MSK-da keçirilən iclasda iştirak edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →