—

Azərbaycan prezidentinin təşəbbüsü ilə Marneuli və Bolnisiyə yardım edildi

4,485
Azərbaycan prezidentinin təşəbbüsü ilə Marneuli və Bolnisiyə yardım edildi
Dinləmək üçün basın

Azərbaycanın Gürcüstandaki Səfirliyi Marneuliyə ərzaq yardımı gətirib.

Azərbaycanın Gürcüstandaki Səfirliyi Marneuliyə ərzaq yardımı gətirib.

InterPress.ge xəbər verir ki, 600 ədəd qida paketi Marneuli və Bolnisinin ən yoxsul ailələrinə paylanacaq.

Azərbaycanın Gürcüstandaki səfiri Dursun Həsənov qeyd edib ki, aksiya Gürcüstan və Azərbaycan dostluğunun adı ilə keçirilir.

“Azərbaycan prezidentinin təşəbbüsü ilə, xeyriyyə aksiyasını keçiririk. Aksiya dünən başladı. Bu gün Marneulidəyik. Belə aksiyaları Rustavidə, Kaxetidə, Tbilisidə və Şida-Kartlidə də keçirəcəyik. Aksiya Azərbaycan və Gürcüstan dostluğu adına keçirilir. Məqsədimiz birdir. Gürcüstan iqtidarı əlindən gələni edir və ümid edirik ki, yaxın zamanda koronavirus başa çatacaq” – dedi Dusrun Həsənov.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →