Qar səbəbi ilə daxili əhəmiyyətli Zuqdidi-Gvari -Mestia-Lasdili avtomobil yolunun km186-km198 (Uşquli-Lasdili) hissəsində, hər cür nəqliyyat vasitəsinin hərəkəti qadağandır.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentindən məlumat verilib.
Məlumata görə, həmin yolun km170-km186 (Kala-Uşquli) hissəsində qoşquların, yarımqoşquların və 30 yerdən çox tutumu olan avtobusların hərəkəti qadağandır, digər növ nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.
Avtomobil yolunun km1-km170 (Zuqdidi-Kala) hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.
