—

Gürcüstan XİN başçısı: 'İşğal olunmuş ərazilərə de-fakto nəzarət edənlərə təsir göstərilməlidir'

2,329
Gürcüstan XİN başçısı: 'İşğal olunmuş ərazilərə de-fakto nəzarət edənlərə təsir göstərilməlidir'
Dinləmək üçün basın

"Münaqişələr və dondurulmuş münaqişələr Avropa Şurası Nazirlər Komitəsini çox narahat edir".

"Münaqişələr və dondurulmuş münaqişələr Avropa Şurası Nazirlər Komitəsini çox narahat edir".

İnterPress.ge xəbər verir ki, bunu AŞPA-nın qış sessiyasında Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

Nazir bildirib ki, həlli tapılmamış münaqişələrin həlli zamanı beynəlxalq prinsiplər əsas tutulmalıdır: “İşğal olunmuş ərazilərə de-fakto nəzarət edən tərəflərə təsir göstərilməlidir. Onlar bu dəvəquşu siyasətlərini həyata keçirməyə son qoymalıdırlar. Yoxsa bu işğalçı tərəflərin fəaliyyətini daha da genişləndirə bilər".

"Çox vacibdir ki, münaqişədə olan tərəflər barışığa çalışsınlar. Münaqişəli tərəflər arasında bir-birlərinə inamın yaranması vacib məsələlərdəndir", - nazir vurğulayıb.

Xatırladaq ki, Gürcüstan 2019-cu ilin noyabr ayından 2020-ci ilin may ayına kimi Avropa Şurası Nazirlər Komitəsinin prezidenti vəzifəsini həyata keçirir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →