Dmanisidə, dünən qarşıdurmanın baş verdiyi mağazanın yaxınlığında aksiya keçirilir.
InterPress.ge xəbər verir ki, aksiyaya yerli azərbaycanlılar rəhbərlik edir.
Onlar dünən baş verənlərə etiraz edirlər.
Etirazçıların dediklərinə görə, oxşar hadisələr bölgələrində tez-tez baş verir və buna müvafiq xidmətlər tərəfindən diqqət yetirilməlidir.
Məlumat üçün bildirək ki, dünən Dmanisidəki mağazalardan birinin qarşısında qarşıdurma olub.
Qarşıdurma iştirakçıları gecə boyu polis şöbəsində dndirilib.
