—

Natia Turnava: "Yüksək keyfiyyətli internet və fiber optik şəbəkənin mövcudluğu kəndlərimizin inkişafı üçün zəruri bir şərtdir"

474
Natia Turnava: "Yüksək keyfiyyətli internet və fiber optik şəbəkənin mövcudluğu kəndlərimizin inkişafı üçün zəruri bir şərtdir"
Dinləmək üçün basın

"Bizim üçün güclü bölgələrə sahib olmaq və hər bir kənddə böyük şəhərlərdə olduğu kimi keyfiyyətli infrastruktura sahib olmaq vacibdir. Yüksək keyfiyyətli internet və fiber optik şəbəkənin mövcudluğu kəndlərimizin…

"Bizim üçün güclü bölgələrə sahib olmaq və hər bir kənddə böyük şəhərlərdə olduğu kimi keyfiyyətli infrastruktura sahib olmaq vacibdir. Yüksək keyfiyyətli internet və fiber optik şəbəkənin mövcudluğu kəndlərimizin inkişafı üçün zəruri bir şərtdir".

InterPress.ge xəbər verir ki, bu haqda İqtisadiyyat Naziri Natia Turnava, Quriaya səfəri zamanı söyləyib.

Onun sözlərinə görə, universal internet layihəsi Gürcüstan ərazisindəki təxminən 1000 yaşayış punktunu əhatə edir.

"Şəhər mərkəzlərindən uzaq olan və hələ də yüksək keyfiyyətli internet bağlantısı olmayan kəndlər fiber optik, geniş zolaqlı infrastrukturlara sahib olacaqlar. Universal internetləşdirmə layihəsini həyata keçirmək çox vacibdir: ilk növbədə, vəzifəmiz şəhər və kənd yerləri arasında rəqəmsal bərabərliyi - hər yerdə yüksək keyfiyyətli internet yaratmaqdır. Bu, gənclərin inkişafı üçün son dərəcə vacibdir", - dedi Natia Turnava.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →