—

İqtisadiyyat və Davamlı İnkişaf naziri koronavirusa qarşı peyvənd olundu

280
İqtisadiyyat və Davamlı İnkişaf naziri koronavirusa qarşı peyvənd olundu
Dinləmək üçün basın

İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava koronavirusa qarşı peyvənd olunub.

InterPress.ge xəbər verir ki, Nazir turizm sektorunun nümayəndələri ilə birlikdə Ğipşidze Mərkəzi Universitet Klinikasında (Respublika Xəstəxanası) aşılanıb.

Turnava əhalini aşılanmağa çağırıb.

"Turizm sənayesinin müxtəlif liderləri ilə birlikdə peyvənd olunmağı özümə borc bildim. Yanımda müxtəlif turizm sahələrindən təxminən 20 nümayəndə var. Aşılama iqtisadiyyatımızı və turizmimizi sürətlə bərpa etməyimizin yeganə yoludur. Özümü yaxşı hiss edirəm, Sinofarm ilə aşılandım. Mükəmməl peyvənddir. Hamını peyvənd olunmağa çağırmaq istəyirəm", - dedi Turnava.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →