Batumidə müsəlmanlar Ramazan Bayramını qeyd ediblər.
InterPress.ge xəbər verir ki, namaz Gürcüstan Müftisi tərəfindən Ortacamedə qılınıb.
Bayram namazı məscidin içərisində və küçədə qılınıb.
Acarıstan Hökumətinin Sədri Tornike Rijvadze müsəlmanları bayram münasibətilə təbrik edib. O, nazirlərlə birlikdə Mərkəzi Məscidə gəlib.
