—

Şuşada inşa olunacaq yeni məscid necə olacaq? - FOTO/VİDEO

550
Şuşada inşa olunacaq yeni məscid necə olacaq? - FOTO/VİDEO
Dinləmək üçün basın

Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Arzu Əliyeva ilə Leyla Əliyeva Şuşa şəhərində inşa ediləcək məscidin təməlqoyma mərasimində iştirak ediblər.

Məscidin memarlıq təməlini Azərbaycanda Zəfər Gününün rəmzi (8 noyabr 2020-ci il) olan 8 rəqəmi təşkil edir. Bu rəqəm həm də sonsuzluğu, əbədiliyi təcəssüm etdirir. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Bu, Şuşa şəhərinin və Qarabağın on birinci ayda tam işğaldan azad edilməsini simvolizə edir.

Gümbəzi mozaika ilə bəzədiləcək məscidin layihələndirilməsi İtaliyanın “Simmetrico” şirkətinin iştirakı ilə azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni vurğulayacaq.

Layihələndirmə səkkiz rəqəminin həndəsi proyeksiyalarını təkrarlayacaq, məscidin daxili ilə xarici görünüşü arasında əlaqə yaradacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →