—

Çerçvadze komendant saatının bu tarixdə qaldırılacağını açıqladı

5,398
Çerçvadze komendant saatının bu tarixdə qaldırılacağını açıqladı
Dinləmək üçün basın

"May ayının sonuna qədər vəziyyət yaxşılaşacaq və komendant saatı qaldırılacaq, bu mənim fikrimdir".

"May ayının sonuna qədər vəziyyət yaxşılaşacaq və komendant saatı qaldırılacaq, bu mənim fikrimdir".

InterPress.ge xəbər verir ki, bu barədə Yolxucu Xəstəlikləri Xəstəxanasının müdiri Tenqiz Çerçvadze deyib.

Onun sözlərinə görə, sabitləşmə əldə edildikdən sonra hökumətin məhdudiyyətləri ləğv etmək üçün bir əsası olacaq.

"İndi zirvəyə çatdıqda, bu mərhələdə, onsuz da nisbətən yumşaq məhdudiyyətlərin daha da yüngülləşdirilməsi uyğun olmayacaq.

Əvvəlcə stabilləşmə əldə etməliyik, sonra hökumətin məhdudiyyətləri qaldırması üçün həqiqi bir əsasımız olacaq. Hökumət buna hazırdır. Əsas məhdudiyyət "komendant saatı" dır.

Yayda "komendant saatı"nın olmayacağına çox ümid edirəm. Söhbət may ayının sonundan gedir. Vəziyyət mayın sonuna qədər yaxşılaşacaq və "komendant saatı" götürüləcək, bu mənim fikrimdir", - dedi Çerçvadze jurnalistlərə.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →