—

Mərkəz rəhbərindən quru sərhədlərlə bağlı gözlənilməz açıqlama...

13,971
Mərkəz rəhbərindən quru sərhədlərlə bağlı gözlənilməz açıqlama...
Dinləmək üçün basın

“Gürcüstanın quru sərhədlərinin açılması məsələsi mütəxəssislər səviyyəsində müzakirə olunur”.

“Gürcüstanın quru sərhədlərinin açılması məsələsi mütəxəssislər səviyyəsində müzakirə olunur”.

InterPress.ge xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

O, bu məsələnin Dövlət Qurumlararası Koordinasiya Şurasının iclasında nəzərdən keçiriləcəyini istisna etməyib: “Sərhədlərin açılması ölkə üçün böyük riskdir. Həmsərhəd ölkələrdən daxil olanların sayı daha çoxdur. Buna görə də biz həm Gürcüstandakı, həm də qonşu ölkələrdəki epidemioloji vəziyyəti nəzərə almalıyıq. Hər şeyi birdən açmaq olmaz”.

Qeyd edək ki, bu yaxınlarda ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava vaksinasiyanın geniş vüsət alacağı halında sərhədlərin açılacağını bildirib. O, quru sərhədlərdə hava sərhədində tətbiq olunan qaydalardan istifadə ediləcəyini qeyd edib./report/

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →