—

Baş nazir Ermənistana gedir

501
Baş nazir Ermənistana gedir
Dinləmək üçün basın

İrakli Ğaribaşvili mayın 12-də Ermənistana rəsmi səfər edəcək.

lnterPress.ge xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayır.

Məlumata görə, səfər çərçivəsində Ermənistan Respublikası Hökumətinin iqamətgahında rəsmi qarşılanma mərasimi keçiriləcək.

Ermənistan Respublikasının hazırkı Baş Naziri Nikol Paşinyan İrakli Ğaribaşvilini üz-üzə görüşdə qəbul edəcək və bundan sonra geniş danışıqlar aparılacaq.

Görüşlərdən sonra İrakli Ğaribaşvili və Nikol Paşinyanın mətbuata ortaq bəyanatları planlaşdırılır.

Baş nazirin müavini, xarici işlər naziri Davit Zalkaliani Gürcüstanın Baş naziri ilə birlikdə İrəvana gedəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →