"Peyvənddən sonra spirtli içki qəbul etmək məsləhət deyil".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Amiran Qamğrelidze söyləyib.
"Bu Gürcüstanda ən aktual sualdır - nə zaman içəcəyəm? Birbaşa cavab verirəm ki, biz gürcülərin sevdiyi "çox içmək" uzun müddət məsləhət deyil. Mən də həkiməm və məndən soruşulduğu zaman deyirəm ki, bir-iki butulka içməyi sevirik, ancaq içməyin, istədiyiniz zaman bir fincan içə bilərsiniz.Ölçülü olduğunda əksər hallarda içki dərmandır, əgər çox miqdarda içsək, problemlər yarana bilər", - dedi Amiran Qamğrelidze.
