—

Gürcüstanın avtomobil bazarında dərin böhran yaranıb

2,437
Gürcüstanın avtomobil bazarında dərin böhran yaranıb
Dinləmək üçün basın

Gürcüstanda koronavirus epidemiyası ilə bağlı fövqəladə vəziyyət, sərhədlərin bağlanması və ümumi karantin yerli avtomobil bazarında dərin böhrana səbəb olub.

Gürcüstanda koronavirus epidemiyası ilə bağlı fövqəladə vəziyyət, sərhədlərin bağlanması və ümumi karantin yerli avtomobil bazarında dərin böhrana səbəb olub.

InterPress.ge xəbər verir ki, bu barədə yerli “Commersant” nəşri yazıb.

Avtodilerlər vəziyyətin daha da pisləşəcəyini proqnoz edirlər. Onların sözlərinə görə, indiki şəraitdə əhali gündəlik tələbat məhsulları və maşın arasında seçim etməli olurlar. Əlbəttə ki, böyük əksəriyyət birinciyə üstünlük verir və avtomobil almağı gələcəyə saxlayır.

Avtomobil bazarı tam dayanmaqla yanaşı, onlayn satışlar da 50% azalıb.

Məqalədə qeyd olunub ki, avtomobillərin qiyməti dəyişməz qalsa da, potensial alıcılar mövcud vəziyyətə görə maşın almaqdan çəkinirlər və öz maliyyə imkanlarını digər həyati əhəmiyyətli istiqamətlərə yönəldirlər.

Qeyd edək ki, avtomobillər Gürcüstanın bir nömrəli ixrac məhsuludur. Bu ilin yanvar-fevral aylarında ölkəmiz 99,6 milyon ABŞ dolları dəyərində minik maşını ixrac edib ki, bu malın ümumi ixracdakı payı 18,9%-ə bərabər olub. Hesabat dövründə ixracın 61%-i Azərbaycanın payına düşüb.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →