—

Gürcüstan və Azərbaycan arasında yeni sənədlər hazırlanır

863
Gürcüstan və Azərbaycan arasında yeni sənədlər hazırlanır
Dinləmək üçün basın

“Azərbaycan və Gürcüstan hökumətləri arasında yüzdən çox sənəd imzalanıb və bildiyim qədər hazırda 15 sənəd nəzərdən keçirilir”.

“Azərbaycan və Gürcüstan hökumətləri arasında yüzdən çox sənəd imzalanıb və bildiyim qədər hazırda 15 sənəd nəzərdən keçirilir”.

InterPress.ge xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi görüşdə deyib.

Spikerin sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq böyük önəm daşıyır: “Ötən il – pandemiya dövründə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 500 milyon ABŞ dollarından çox olub. Bu, əməkdaşlığımızın geniş miqyasa malik olduğunu göstərir”.

S.Qafarova Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin Avropa Şurası Parlament Assambleyası, NATO, Avronest, ATƏT və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini qeyd edib.

MM sədri parlamentlərdəki dostluq qrupları arasında əlaqələrin bu gün də sıx olduğunu söyləyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →